Xəzər Xəbər

Şəhid Ağa Hüseyinli - Vətən uğrunda döyüşərək şəhid oldu VİDEO

Veb TV | 20:59 • 23 Mart 2021
Şəhid Ağa Hüseyinli - Vətən uğrunda döyüşərək şəhid oldu

Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Ağa Hüseynlidir. 

Ağa 2001-ci il sentyabrın 7-də Sabirabadın Moranlı kəndində dünyaya gəlib. İki bacının bir qardaşıydı. Orta məktəbi bitirdikdən sonra niyyəti Ali Məktəbə qəbul olmaq idi..Lakin o universitetə qəbul ola bilmədiyi üçün vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.

27 Sentyabr 2020-ci ildə başlayan vətən müharibəsi zamanı  Ağa Hüseynlidə xidmət keçdiyi hərbi hissədən döyüş bölgəsinə gedib..Döyüşlərə qatılan Ağa Hüseynli bir çox şiddətli döyüşlərdə iştirak edib..Xüsusən Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edən Ağa Hüseynli şəxsən bir sıra uğurlu əməliyyatların iştirakçısı olub..Oktyabr ayının 8-də isə 19 yaşlı qəhrəmanımız şəhidlik zirvəsinə ucalır.. 

Ağa Hüseynlinin anası Səadət Hüseynova isə oğlunun xidmətini başa vurub geri qayıdacağını deyir.

Ağa Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xəbər lenti