Xəzər Xəbər

Dünya Bankı Qarabağın bərpasında iştirak etməyə hazırdır VİDEO

Bankın Azərbaycan üzrə meneceri bu fikirləri səsləndirib.
Veb TV | 20:16 • 23 Mart 2021
Dünya Bankı Qarabağın bərpasında iştirak etməyə hazırdır

Azərbaycanın uzun müddətdir strateji tərəfdaşı olan Dünya Bankı Qarabağda yenidənqurma işlərində iştirak edə bilər. Bankın Azərbaycan üzrə meneceri bu fikirləri səsləndirib. Millət vəkili Vüqar Bayramov hesab edir ki, Dünya Bankı, o cümlədən digər beynəlxalq maliyyə qurumlarının prosesə cəlb olunması əhəmiyyətlidir. Bu Qarabağda yenidənqurmanı intensivləşdirə və məskunlaşmanı sürətləndirə bilər.

Dünya Bankı Qarabağın bərpasında iştirak etməyə hazırdır.  Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib ki, əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasında Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı iştirak edə bilər.  

Millət vəkili Vüqar Bayramov bildirir ki, Dünya Bankının qarabağda yenidən qurma işlərində iştirak istəyi müsbət haldır. Dünyanın aparıcı maliyyə qurumlarından olan Dünya Bankının bu işlərdə iştirakı və fərqli layihələrin maliyyələşməsində maraqlı olması bərpa prosesini sürətləndirməklə yanaşı, digər beynəlxalq qurumların prosesdə daha aktiv iştirakına zəmin yarada bilər.

Beynəlxalq maliyyə qurumlarının bərpa prosesinə qoşulması yenidənqurma işlərinə yalnız dövlət və özəl sektor deyil, həm də xarici mənbələrdən vəsaitlərin cəlb olunmasına şərait yaradacaq. Bu qurumların iştirakı xüsusilə fərqli layihələrə sərmayə qoyuluşları üçün çox vacib hesab olunur

Millət vəkili deyir ki, bu ərazilərin bütövlükdə bərpa və yenidən qurma işləri sistemli şəkildə həyata keçiriləcək. Artıq proses başlayıb və bu ərazilərdə həm infrastruktur formalaşdırılır, həm bərpa işləri aparılır. Maliyyə vəsaitilərinin cəlbi nəticədə bərpa işlərini intensive şəkildə aparılmasına və məskunlaşma prosesinin sürətlənməsinə gətirib çıxaracaq.

Xəbər lenti