Xəzər Xəbər

Ramiz Məmmədov son mənzilə yola salındı VİDEO

Veb TV | 21:33 • 22 Mart 2021
Ramiz Məmmədov son mənzilə yola salındı

Aktyor, xalq artisti, teatrımızın sevilən sənətkarı Ramiz Məmmədov dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu gün onunla Təzəpir məscidində vida mərasimi keçirilib. 

O, məşhur rolların mahir ifaçısı, Azərbaycan teatrının sevilən aktyoruydu. Musiqili Komediya teatrının qapıları hələ tələbəliyindən onun üzünə açılmış, elə o gündən bu yana da səhnəyə sadiq qalmışdı. 

 "Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı Ramiz Məmmədov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyinə qalib gələ bilmədi. Sənət dostları onun ölümünü Azərbaycan incəsənətinin itkisi adlandırır: 

Sənət dostları, son görüşə gələnlər aktyoru alqışlarla yola saldılar. 

64 yaşında dünyasını dəyişən Ramiz Məmmədov Yasamal qəbiristanlığında dəfn olundu.

Xəbər lenti