Xəzər Xəbər

Şəhid Elvin Həsənov haqqında ailəsi ilə müsahibə VİDEO

Veb TV | 21:16 • 22 Mart 2021
Şəhid Elvin Həsənov haqqında ailəsi ilə müsahibə

Vətən müharibəsi zamanı qanı ilə tarix yazanlardan biri də Saatlı rayonunun Əhmədbəyli  kənd sakini Elvin Həsənovdur. Elvin vətən müharibəsinə könüllü qatılaraq şəhidlik zirvəsinə yüksəlib.  Qəhrəman vətən övladını ailəsi ilə birlikdə xatırladıq.

"Oğul düşmən çəpəridir, getdi düşmənə çəpər oldu" deyir qəlbi dağlı ata. Danışanda belə dili əsir, gözlərindəki qəhər dilini dolaşdırır.

Həsənov Elvin Hökməli oğlu 1992-ci il iyul ayının 8-də Saatlı rayon Əhmədbəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Elvin 2012-ci ildə hərbi xidmətini bitirərək doğma kəndinə qayıdıb.

Bir çoxları kimi Elvin Həsənov da 2020-ci il sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün sentyabr ayının 29-da könüllü olaraq cəbhəyə yollanıb. O, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib..

Ağır döyüşlərin birində isə onların içində olduğu avtomobil düşmən minaatanı tərəfindən partladılıb və Elvin şəhidlik zirvəsinə ucalıb.

Elvindən geri iki azyaşlı övladı yadigar qalıb.

Elvinin qardaşı deyir ki, ön cəbhəyə üz tutarkən Elvinin digər bir məqsədi 3 il əvvəl şəhid olmuş dayısı oğlunun qisasını almaq olub.  

Elvin Həsənov ölümündən sonra "Vətən Uğrunda" "Cəbrayıln, Zəngilanın və Qubadlının" azad olunmasına görə medalları ilə təltif edilib.
 

 

Xəbər lenti