Xəzər Xəbər

Direktorların işə qəbul imtahanında nəticələr niyə aşağı olub? VİDEO

Veb TV | 21:04 • 22 Mart 2021
Direktorların işə qəbul imtahanında nəticələr niyə aşağı olub?

Martın 19-da Təhsil Nazirliyi direktorların işə qəbulu üzrə test imtahanı keçirib. İmtahan iştirakçılarının topladığı maksimum nəticə isə 55 bal olub. Təhsil eksperti Kamran Əsədov bu nəticəni qənaətbəxş hesab etmədiyini deyir. O, keçid balları ilə bağlı da narazılığını bildirib. 

2500 nəfərdən çox şəxs imtahanda iştirak etdi, amma 1 nəfər belə maksimum balı toplaya bilmədi.

Söhbət martın 19-da Təhsil Nazirliyinin keçirdiyi direktorların işə qəbulu üzrə test imtahanından gedir. Təhsil eksperti Kamran Əsədov deyir ki, imtahan zamanı iştirakçılara 90 dəqiqə ərzində 60 sual ünvanlanıb. Lakin cəmi bir nəfər suallardan 55-ni cavablaya bilib.

Ekspert keçid balları ilə bağlı narazılığını da dilə gətirib. Onun sözlərinə görə, direktor vəzifəsinə təyin olunmaq üçün bütün ölkə üzrə konkret keçid balı olmalıdır. 

Kamran Əsədov bildirib ki, hazırda ölkə üzrə 625 məktəbin direktoru yoxdur, yəni əvəzedici tərəfindən idarə olunur. Bunlardan 67-i paytaxt Bakının payına düşür. Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, bu il 1000 nəfərə yaxın namizəd 50%-dən yüksək nəticə göstərib. 55 bal toplayan şəxs isə Şəki Rayon Köndələn kənd tam orta məktəbinin müəllimi Aytən Yusifovadır. Keçid balı ilə bağlı sualımız isə cavabsız qaldı. 

 

 

Xəbər lenti