Xəzər Xəbər

Avtobus yoxdu, taksinin günüdü - Vətəndaşların xərcləri xeyli artdı VİDEO

Veb TV | 20:53 • 22 Mart 2021
Avtobus yoxdu, taksinin günüdü - Vətəndaşların xərcləri xeyli artdı

İctimai nəqliyyatın 9 gün işləməməsi vətəndaşların xərclərini xeyli artırıb. Vətəndaşlar gündəlik gəlirlərinin 30-40 faizini taksiyə verdiklərini bildirirlər. Bəzi taksi şirkətlərinin xidmətlərində cüzi artım da müşahidə edilir.

Kimisi taksiyə gündə 4-5 manat, kimi isə daha çox pul xərclədiyini deyir.

İctimai nəqliyyatın 9 gün işləməməsi vətəndaşların xərclərini xeyli artırıb. Xüsusən də işləyən insanlar hər gün məcburi şəkildə taksidən istifadə etməli olduqlarını deyirlər. Onlar gündəlik gəlirlərinin 30-40 faizini, bəzən yarısını taksiyə verdiklərini bildirirlər.

Sakinlər bildirirlər ki, şəxsi taksilər qiymətləri artırmasalar da, bəzi taksi şirkətlərinin xidmətlərində cüzi artım müşahidə edilir.

Taksi sürücüləri isə qiymət artımı olmadığının, hətta sərnişin üzünə həsrət qaldıqlarını bildiriblər.

İctimai nəqliyyat işləmədiyindən vətəndaşlar daha 6 gün taksidən istifadə etməli olacaqlar.

Xəbər lenti