Xəzər Xəbər

Vaksin vurduran insanlar da koronavirusa yoluxa bilər? - Həkim-infeksionist cavab verdi VİDEO

Veb TV | 20:05 • 22 Mart 2021
Vaksin vurduran insanlar da koronavirusa yoluxa bilər? - Həkim-infeksionist cavab verdi

Bəziləri düşünürlər ki, COVID-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Mütəxəssislər isə bildirirlər ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı çox zəifdir. Amma vaksin etdirən şəxslər mütləq koronavirusa dair profilaktik tədbirlərini görməlidirlər. Birinci və ikinci peyvənd arasındakı iki həftədən çox müddətdə buna xüsusilə diqqət etmək lazımdır.

Vaksin olunduqdan sonra, xüsusilə də iki doza arasında keçən müddətdə insanların özlərini qorumaları vacibdir.

Həkim-infeksionist Hicran Xıdırova deyir ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Buna baxmayaraq, hər bir vaksin etdirən şəxs mütləq koronavirusa dair profilaktik tədbirlərini görməlidir. 

Hicran Xıdırova xroniki xəstəliyi olanların peyvənd etdirmələrinin əhəmiyyətini də vurğulayıb.  

Hicran Xıdırova onu da qeyd edib ki, hər bir halda peyvənd olunmuş şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirəcək.

 

Xəbər lenti