Xəzər Xəbər

"Mən kiməm?" serialı görüşünüzə gəlir VİDEO

Veb TV | 21:14 • 21 Mart 2021
"Mən kiməm?" serialı görüşünüzə gəlir

Sabahdan Xəzər TV-nin efirində yeni bir serial başlayır - "Mən kiməm?" bu dəfə baş qəhrəman kimi qarşınıza tam fərqli bir obraz çıxacaq. Çünki serialın əsas qəhrəmanı olan Əli Əsgərov daun sindromludur, yəni günəş uşaqdır. Yeni serial həftənin 1, 2, 3 və 4-cü günləri efirdə olacaq. İlk bölümünü isə sabah axşam saat 8-də izləyə bilərsiniz. 


Sabahdan etibarən həftədə 4 dəfə "Günəş uşaq" ilə görüşəcəksiniz. Xəzər Televiziyasında "Mən kiməm?" adlı yeni serial başlayır. Bu dəfə evlərinizin qonağı duan sindromlu Əli olacaq. Cəmi 26 yaşı olan bu oğlan serialın Oğuz adlı baş qəhrəmanını canlandırır.

Quruluşçu rejissor Ramin Hacıyev deyir ki, baş rol ifaçısının günəş uşaq olması Azərbaycan tamaşaçısı üçün bir yenilikdir. Serialı izləyənlər həm zövq alacaq, həm də maariflənəcəklər.

Dram janrında olan serialın süjet xətti də olduqca maraqlıdır. 

Serialda xalq artisti Xalidə Quliyeva Günəş uşağın nənəsidir. Nigar Güləhmədova doğma ana, Mehriban Abdullayeva ögey ana, Elxan Yunis  ata, Akif Yusifov isə Oğuzun atalığı obrazlarını canlandırır. 

Serial həftənin 1, 2, 3 və 4-cü günləri efirdə olacaq. İlk bölümü isə sabah axşam saat 8-də Xəzər Tv-də izləyə bilərsiniz.

Xəbər lenti