Xəzər Xəbər

Şəhid Elman Həsənov - Ondan geriyə iki igid qalıb VİDEO

Veb TV | 21:02 • 21 Mart 2021
Şəhid Elman Həsənov - Ondan geriyə iki igid qalıb

Vətən müharibəsində o da adını qızıl hərflərlə yazdı vətənin şanlı tarixinə. İgidliyi, qorxmazlığı ilə seçildi döyüşlərdə. Ailəsinə sevdiklərinə söz vermişdi ki, geri dönəcək. Döndü də, amma qalib vətənin şəhadətə yüksələn igidi kimi.

Atası kimi oda əsgər paltarı geyinib.Qəhrəman atanın igid oğlu kimi şücaətindən bəhs edilən atasının yolu ilə getmək arzuları qurur.

Amma atasının şəklinə baxanda gözlərinə qəribə bir nisgil çökür. Atasızlığın verdiyi qəmdir bu.

Vətən müharibəsinin qəhrəmanlarından biri də Goranboyun Qızılhacılı qəsəbə sakini Elman Həsənovdur. Bir bacının yeganə qardaşı, müharibənin ilk günü Talış-Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub. Elman ağır yaralansada geri çəkilməyərək yalnız irəli getməyi düşünüb. Doğmaları ilə müharibədən bir gün öncə görüşüb və qalib əsgər kimi geri dönəcəyini deyib. 

Elman Həsənovun evində 2 oğul övladı böyüyür. Onlar atalarının şəkillərinə baxıb,tezliklə geri dönəcəyi günü gözləyirlər. Şəhidin həyat yoldaşı Samirə Həsənova sonuncu dəfə telefon danışığı zamanı Elmanın ona övladlarını tapşırdığını, deyir. 

İgidliyi, qorxmazlığı ilə seçilən Qızılhacılı qəsəbə sakini ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad edilməsinə görə" medalları ilə təltif edilib.

Xəbər lenti