Xəzər Xəbər

Heydər Əliyev Fondundan aztəminatlı ailələrə Novruz sovqatı VİDEO

Veb TV | 20:06 • 20 Mart 2021
Heydər Əliyev Fondundan aztəminatlı ailələrə Novruz sovqatı

Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Heydər Əliyev Fondu bu dəfə aztəminatlı ailələrə novruz bayramı münasibətilə sovqat göndərib.

Heydər Əliyev Fondu aztəminatlı  ailələrə Novruz bayramı münasibətilə sovqat göndərib.

Novruz bayramında respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.

Sovqatlarin çatdırılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin dəstəyi ilə həyata keçirilib.

Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.

Xəbər lenti