Xəzər Xəbər

Bu yerlərə əsla getmək olmaz! - Erməni vandalları məzarlıqları da minalayıb VİDEO

Veb TV | 21:10 • 19 Mart 2021
Bu yerlərə əsla getmək olmaz! - Erməni vandalları məzarlıqları da minalayıb

44 günlük müharibə təkcə torpaq, yurd-yuva həsrətinə son qoymadı, həm də,  doğmalarımızın 30 ilə yaxın idi ki, düşmən  tapdağında qalan məzarları əsarətdən xilas olundu. İllərin həsrəti, ürək yanğısı-bunların hər biri başa düşüləndir. Lakin, o torpaqlar artıq bizimdir, tez gedim yaxınlarımın məzarını ziyarət edim düşüncəsi, minalar səbəbindən böyük təhlükə və itkilərə səbəb olur.  Unutmayaq,  biz ölülərdən belə istifadə edərək, diriləri məhv etməyə çalışan düşmən ilə mübarizədəyik.

Qarabağ camaatından kimə yaxınlaşsan ilk bu sözləri eşidirsən. "Torpağıma ayaq basan kimi birinci doğmalarımın qəbrini ziyarət edəcəm". 

Düz 30 ilə yaxındır ki, bu insanlar o torpaqlarda uyuyan ata, ana, bacı, qardaşlarının qəbri üstündə  bir yasin belə oxuda bilmir, illərdir ki ürəyinə dağ basıb, bu həsrət, bu yanğı ilə yaşayıb, yaşlanıblar. 

Tələsmək lazım deyil. Çünki bizim  ölülərdən belə istifadə edib, diriləri məhv etməyə çalışan düşmənimiz var. Erməni vandalları təkcə qəbirlərimizi dağıtmaqla kifayətlənməyib, bütün qəbiristanlıqları minalayaraq, Azərbaycanlılara qarşı, əsl  sui-qəsd hazırlayıblar. 

Din xadimi deyir ki, insanlar hazırda öz həyatlarını təhlükəyə ataraq, məzarları ziyarət məqsədilə icazəsiz o torpaqlara üz tutmamalıdırlar. Çünki, bu hərəkət dinimizdə belə doğru hesab olunmur.

Hacı Şahin Həsənlinin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin ərazilərə din xadimləri təyin edilsə də hazırda, hətta onlar belə fəaliyyət göstərmirlər. Bütün işlər tamamlandıqdan sonra hər birimizin rahat hərəkətinə icazə veriləcək.

 

 

Xəbər lenti