Xəzər Xəbər

Prezidentin əfv sərəncamı onun növbəti humanist addımıdır - Rəşad Məcid video

Veb TV | 23:41 • 18 Mart 2021
Prezidentin əfv sərəncamı onun növbəti humanist addımıdır - Rəşad Məcid

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı onun növbəti humanist addımıdır.

Xezerxeber.az-ın məlumatına görə, dövlət başçısının sərəncamını şərh edən Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid qeyd edib ki, bu sərəncamdan çoxlu sayda insan yararlanır.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 600-dən çox insana yaradılan bu imkan onlar üçün yeni bir başlanğıcdır.

Rəşad Məcidin sözlərinə görə, əfv üçün müraciətlərdə humanist prinsiplər nəzərə alınıb. Bütün proses şəffaf şəkildə həyata keçirilib və hər bir müraciət diqqətlə araşdırılıb. Heç kəsə fərq qoyulmayıb.

Rəşad Məcid onu da bildirib ki, Əfv Məsələləri Komissiyası ölkə başçısına təqdim edilən siyahıdan əlavə olaraq məhbusluq müddətinin bitməsinə bir neçə ay qalmış bəzi məhkumların da vaxtından tez azadlığa buraxılması üçün Ədliyyə Nazirliyinə tövsiyə göndərib. Ədliyyə Nazirliyi tövsiyəyə uyğun olaraq 20-dən çox məhbusu da vaxtından əvvəl azadlığa buraxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti