Xəzər Xəbər

Azərbaycanda koronavirusun "Britaniya ştammı"na yoluxanlar var video

Veb TV | 21:52 • 18 Mart 2021
Azərbaycanda koronavirusun "Britaniya ştammı"na yoluxanlar var

"Britaniya ştammı" kimi tanınan koronavirusun yeni növü artıq Azərbaycanda da aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, artıq üç nəfər virusun bu növünə yoluxub.

Aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun "Britaniya ştammı" aşkarlanıb. Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.

Həkim - infeksionist Süleyman Kamilov  hesab edir ki, virusun bu növündən qorunmaq üçün öyrəşdiyimiz dezinfeksiya qaydalarına əməl etmək mütləqdir. Eyni zamanda, ölkəmizdə koronavirus əleyhinə istifadə olunan vaksinlər də yeni ştammlara qarşı effektivdir.

Qeyd edək ki, bu ştamm artıq dünyanın 70-dən çox ölkəsində yayılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti