Xəzər Xəbər

İki şəhidimizin övladları dünyaya gəlib video

Veb TV | 21:21 • 18 Mart 2021
İki şəhidimizin övladları dünyaya gəlib

Şuşa döyüşlərində şəhadətə yüksəlmiş igidimiz İntiqam Əsgərlinin övladı dünyaya gəlib.

Xezerxeber.az-ın məlumatına görə, iki övladını bir-birinin ardınca Vətən torpağına əmanət edən ananın indi tək təsəllisi qucağında saxladığı körpədir.

Qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhadətə yüksəldikdən sonra qız atası olan İntiqam körpənin adını da şəhid Nurlanın adına uyğunlaşdıraraq Nur qoyub. Lakin o vaxt heç ağlına belə gətirməzdir ki, nə vaxtsa ikinci balası onun öz adını daşıyacaq...

Bu gün həmçinin Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə ucalmış Turab Quliyevin övladı dünyaya göz açıb.

Bu balaca oğlan da öz atasının adını yaşadacaq.  

Bu gün ailəsi və yaxınları kimi atasının döyüş yoldaşları və qazilər də balaca Turabın yanında idilər.

Qeyd edək ki, bu gün "YAŞAT" Fondu  hər iki ailənin yanında olub, körpənin adına açılan 5 min manatlıq hesab kartını analara təqdim ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti