Xəzər Xəbər

ABŞ Azərbaycanın xarici siyasətini dəstəkləyir video

Veb TV | 21:32 • 18 Mart 2021
ABŞ Azərbaycanın xarici siyasətini dəstəkləyir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Xezerxeber.az-ın məlumatına görə, Co Baydenin göndərdiyi Novruz Bayramı ilə bağlı təbrik məktubunda Azərbaycanla əlaqələrin əsas istiqamətlərinə diqqət çəkilib. Ən önəmlisi isə budur ki, Co Bayden ikitərəfli əlqələrin bütün istiqamətlərində Ağ Evin yeni siyasət kursu ilə uzlaşdığı mesajını verib.

Ekspertlərin fikrincə, bu onun göstəricisidir ki, dövlətimizin həyata keçirdiyi siyasət təkcə Azərbaycanın deyil, eyni zamanda region ölkələrinin, eləcə də bölgədə güclü təsir imkanları olan böyük dövlətlərin həyata keçirdiyi siyasətlə üst-üstə düşür və ümumi maraqlara xidmət edir.

Politoloq Zaur Məmmədov bildirir ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrdə ən önəmli istiqamətlərdən biri hər iki ölkənin beynəlxalq sülhyaratma missiyasında birlikdə iştirakıdır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi meqa layihəsi isə nəinki təkcə bölgənin, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında önəmli yer tutur. Azərbaycanın uzun illər həyata keçirdiyi xarici siyasət artıq bu gün ikitərəfli əlaqələrdə yeni səhifənin başlanmasına səbəb olub.

Amerika prezidentinin məktubunda yer alan ən önəmli nüanslardan biri isə regionda Azərbaycanın apardığı siyasət nəticəsində bölgədə yeni yaranan reallığa Ağ Evin dəstəyidir.

 Zaur Məmmədov bildirir ki, bu dəstək Azərbaycanın bölgədəki nüfuzunun daha da güclənməsinə səbəb olacaq.

Eyni zamanda, məktubda Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti, eləcə də Xəzər dənizinin enerji resurslarından səmərəli istifadəsi üçün atdığı addımlar da dəstəklənir. Bu isə o deməkdir ki, Birləşmiş Ştatlar Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı atılan addımları diqqətlə izləyir və görülən işləri dəstəkləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti