Xəzər Xəbər

Hadrutun azad edilməsi Şuşa zəfərinə yol açdı - "Xəzər Xəbər" qəsəbədən reportaj hazırlayıb video

Veb TV | 19:44 • 18 Mart 2021
Hadrutun azad edilməsi Şuşa zəfərinə yol açdı - "Xəzər Xəbər" qəsəbədən reportaj hazırlayıb

44 günlük Vətən müharibəsinin ən həlledici nöqtələrindən biri Hadrut qəsəbəsinin işğaldan azad edilməsi idi. Çünki Şuşa əməliyyatının uğurlu keçməsi üçün Hadrut qəsəbəsi düşmən tapdağından qurtulmalı idi.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Ordusu yüksək peşəkarlıqla çətin relyefə malik ərazilərdən keçərək ötən il oktyabrın 9-da qəsəbəni işğaldan azad etdi.

"Xəzər Xəbər" olaraq ilk dəfə Hadrut qəsəbəsində çəkiliş etmişik.

Qeyd edək ki, Hadruta gedən yol dağlardan keçir. Bu yol bizi Zəfərə aparan yollardan biridir.

Hadrutun alınması Şuşanın azad edilməsi əməliyyatını asanlaşdırıb, itkiləri azaldıb. Qəsəbənin işğaldan qurtulması psixoloji cəhətdən çox əhəmiyyətli idi. Çünki ermənilər düşünürdülər ki, bu qəsəbəni fəth etmək mümkünsüzdür. Mənfur düşmən hesab edirdi ki, Hadrutun müdafiəsi yaxşı təşkil olunub. Bundan əlavə, ərazinin sıx meşəlik olması döyüş əməliyyatlarını çətinləşdirir, həmçinin texnikanın hərəkəti üçün də müəyyən maneələr yaradırdı. Amma Azərbaycan Ordusununun yüksək peşəkarlığı ilə qəsəbə işğaldan azad edildi. Bununla da ordumuz növbəti hədəflərə nail olmaq üçün böyük üstünlük qazandı.

İşğaldan azad edilmiş digər ərazilərimizlə müqayisədə Hadrutun vəziyyətini nisbətən qənaətbəxş hesab etmək olar. İşğal dövründə ermənilər qanunsuz olaraq orada kompakt şəkildə məskunlaşıblar. Qəsəbədə məktəb və bağçalar fəaliyyət göstərib.

Qəsəbənin mərkəzində Azərbaycan bayrağının dalğalanması isə qürurverici bir duyğudur...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti