Xəzər Xəbər

Bakıda etdiyi qayda pozuntusunu çəkib paylaşan sürücü saxlanıldı video

Veb TV | 19:31 • 18 Mart 2021
Bakıda etdiyi qayda pozuntusunu çəkib paylaşan sürücü saxlanıldı

Bakının Ziya Bünyadov prospektində manevr qaydasını kobud şəkildə pozaraq kəsişmə yerində quraşdırılmış "siqnal" nişanlarının üzərindən keçən sürücü saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin sürücü etdiyi hərəkəti videoya çəkərək sosial şəbəkədə paylaşmışdı.

Qayda pozuntusunu ''Xəzər Xəbər'' efirə təqdim etdikdən sonra Bakı Səhər Dövlət Yol Polisi İdarəsi sürücünün saxlanılması istiqamətində dərhal araşdırmaya başlayıb. Çox çəkməyib ''99-TS-768'' dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 35 yaşlı sürücü İbrahim Baxşıyev saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, sürücü barəsində qanunvericilikdə göstərilən tələblər üzrə müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, onun törətdiyi əməl nəticəsində dövlət əmlakına qəsdən vurulmuş ziyanla bağlı Avtomobil Yolları Dövlət Agentliyi məhkəmə qarşısında vəsatət qaldıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti