Xəzər Xəbər

Pənahəli xanın qəbir daşı hələ də qorunur - Milli Azərbaycan Tarixi Muzeyində daha hansı tarixi əşyalar var? video

Veb TV | 23:19 • 17 Mart 2021
Pənahəli xanın qəbir daşı hələ də qorunur - Milli Azərbaycan Tarixi Muzeyində daha hansı tarixi əşyalar var?

Milli Azərbaycan Tarixi Muzeyində çoxsaylı tarixi əşyalar və materiallar sərgilənir.

Xezerxeber.az-ın məlumatına görə, muzeydə qorunub- saxlanılan dəyərli eksponatlar həm də dövlətçiliyimizin əzəmətindən xəbər verir. Burada Azərbaycanın bütün dövrlərinə aid materiallar qorunur. Lakin onlardan bəziləri var ki, həm dövlətçilik tariximiz, həm də bu günümüz üçün xüsusi əhəmiyyət kəsb edir.

Bəzi eksponatların Milli Azərbaycan Tarixi Muzeyinə gəlib çatmasının maraqlı tarixçəsi var...

Xanlıqların süqutu zamanı rus ordusu tərəfindən hərbi qənimət kimi götürülən əşyalar Cümhuriyyət dövrünə qədər Tbilisidə açılan Hərbi Qafqaz Tarixi Muzeyində saxlanıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra isə həmin eksponatlar dövlət tərəfindən tələb olunub və aid olduğu yerə - Vətənə qaytarılıb.

Muzeyin direktor müavini Sevinc Vahabova mövzu ilə bağlı danışıb və qarşıdakı planlar barədə məlumat verib.   

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti