Xəzər Xəbər

Biləsuvarda və Cəlilabadda narkotik aşkarlanıb, tutulanlar var video

Veb TV | 21:25 • 17 Mart 2021
Biləsuvarda və Cəlilabadda narkotik aşkarlanıb, tutulanlar var

Biləsuvarda saxlanan Salyan sakininin əlindəki torbadan odlu silah və 13 kiloqramdan artıq narkotik aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı sakini Tərlan Ağayev və Salyan rayon sakini Rövşən Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı Tərlan Ağayevin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin, Rövşən Xəlilovun əlindəki torbadan isə 1 ədəd "Kalaşnikov" avtomatı və  ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Cəlilabad polisi də avtomobildə heroin aşkarlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakinləri Seymur Quliyev və Ziya Zeynalov sonuncuya məxsus avtomobillə saxlanaraq polis şöbəsinə gətiriliblər. Avtomobilə keçirilən baxış zamanı oradan 4 bağlamada - ümumi çəkisi 12 kiloqram 120 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitəni Seymur Quliyev xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və həmin şəxsin deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını  təşkil etməli imiş.

Faktlarla  bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti