Xəzər Xəbər

Bu kəndin daxili yolları bərbad vəziyyətdədir video

Veb TV | 22:18 • 17 Mart 2021
Bu kəndin daxili yolları bərbad vəziyyətdədir

Ucar rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən Yuxarı Şilyan kəndinin daxili yolları bərbad gündədir. Odur ki, mövcud vəziyyət sakinlərin gediş-gəlişini çətinləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, 30 ildən çoxdur istifadədə olan kənd yolları öz ömrünü başa vurub. Ona görə də qışda vəziyyət daha da çətinləşir.

Ərazi Yuxarı Şilyan kənd bələdiyyəsinin balansındadır.

Sakinlər yolun təmir olunacağı günü gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti