Xəzər Xəbər

Milli məsələlərdə birlik nümayiş etdirilməlidir video

Veb TV | 21:53 • 16 Mart 2021
Milli məsələlərdə birlik nümayiş etdirilməlidir

Qarabağ mövzusu elə bir xüsusi istiqamətdir ki, bununla bağlı fikir ayrılığı yaşamırıq. Bu, özünü Ağdam səfərində də göstərdi. Çünki milli məsələdə birlik nümayiş etdirmək bizim üçün daha vacibdir.

Xezerxeber.az-ın məlumatına görə, bu mövqe bir neçə gün öncə Ağdama səfər etmiş fərqli dünyagörüşlü televiziya, agentlik, sayt və qəzet rəhbərləri, həmçinin çox sayda bloger və sosial media aktivistinin ortaq düşüncəsidir. Siyasi dünyagörüşündən və əqidə müxtəlifliyindən asılı olmayaraq, müxtəlif sahələrdə təmsil olunan bu şəxsləri birləşdirən tək amal var idi: Qarabağ.

Ağdam rayonu ərazisindəki dağıdılmış tarixi ərazilərə baş çəkən, eyni zamanda minatəmizləmə əməliyyatını müşahidə edən jurnalistlər və blogerlər erməni vandalizminin, həmçinin Azərbaycan əsgərinin mərdliyini, illərlə qurulan səngərlərin necə keçildiyinin şahidi oldular. Bölgəyə səfər edənlərin əksəriyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, beynəlxalq əlaqələri və dünya mediasına çıxış imkanı olan insanlardır. Məhz bu səbəbdən artıq onlar bir vaxtlar eşitdikləri ilə deyil, özlərinin birbaşa şahidi olduqları mənzərələri yazıb dünyaya çatdırırlar.

Ənənəvi və sosial medianın nümayəndələri qeyd edirlər ki, müharibə zamanı ölkənin ictimai-siyasi mühitində Qarabağ ətrafında birlik qorunub-saxlandı. Bununla səngərdəki müharibədə qalib gələ bildik, amma informasiya müharibəsi hələ də davam edir. Ona görə də bu kimi səfərlərin təşkil olunması mühim əhəmiyyətə malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti