Xəzər Xəbər

Göyçayda anadangəlmə autizim xəstəsinin sosial müavinəti kəsilib - Səbəb nədir? video

Veb TV | 23:07 • 15 Mart 2021
Göyçayda anadangəlmə autizim xəstəsinin sosial müavinəti kəsilib - Səbəb nədir?

Göyçayda anadangəlmə autizim xəstəsinin sosial müavinəti dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayon Yenikənd kənd sakini Fəzi Fəzili anadangəlmə autizim xəstəsidir. Valideynləri onun bu xəstəliyini 3 yaşında olarkən hiss ediblər və xəstəliyin qısa zamanda müalicəsiz keçəcəyini düşünərək 8 yaşına qədər ona qarşı heç bir müayinə və müalicə aparılmayıb. Vəziyyətinin getdikcə ağırlaşdığını görən valideynləri Fəzini 2015-ci ildə müalicəyə cəlb edərək sosial müavinət almağa başlayıblar.

Fəzi Fəzilinin anası Xeyransa Fəziliyeva deyir ki, 2020-ci ilin avqust ayında övladına təyin olunan sosial müavinət kəsilib. Bununla bağlı Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə müaciət ediblər. Şöbədən lazımi sənədlər toplanaraq aidiyyatı üzrə göndərilsə də, hansı səbəbdən imtina verildiyi bildirilməyib.

 Problemlə bağlı  Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov şifahi olaraq "Xəzər Xəbər"ə bildirdi ki, xəstəliyin təyinatı üçün yazılan forma 88 sənədi Nazirlər Kabinetinin əmrinə əsasən doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına göndərilir. Fəzi Fəzilinin də sənədi eyni qaydada döldurularaq göndərilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyin mətbuat katibi Gülnar Əzizova isə deyib ki, müraciətdə çatışmazlıqlar var.

Bildirildi ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırılmalı, yenidən Göyçay rayon Mərkəzi Xəstəxanasında əlillik sisteminə forma 88 sənədi daxil edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti