Xəzər Xəbər

Buraxılış imtahanlarının vaxtı açıqlanıb video

Veb TV | 20:52 • 15 Mart 2021
Buraxılış imtahanlarının vaxtı açıqlanıb

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, imtahanlar şəhər və rayonlar üzrə qrafikə uyğun keçiriləcək. Amma gələcəkdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanların keçirilmə vaxtında dəyişklik ola bilər.

Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər isə bitirdikləri təhsil müəssisələrinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verəcəklər. Qeyd olunan tarixlər cari ilin məzunları üçün nəzərdə tutulub.

Xanlar Xanlarzadə qeyd edib ki, şagirdlər Dövlət İmtahan Mərkəzinin dim.gov.az elektron ünvanına daxil olaraq imtahan qrafikləri ilə tanış ola bilərlər. Buraxılış imtahanlarında şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil üzrə qiymətləndiriləcək. Şagirdlərə ümumilikdə 85 tapşırıq veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti