Xəzər Xəbər

Məcburi köçkünlər arasında sorğu keçirilir video

Veb TV | 23:12 • 13 Mart 2021
Məcburi köçkünlər arasında sorğu keçirilir

ADA Universiteti məcburi köçkünlər arasında onlayn sorğu keçirir. 

Xezerxeber.az-ın məlumatına görə, fevralın 22-də başlanan proses hələ iki ay davam edəcək. Bu müddət ərzində istənilən məcburi köçkün sorğuda iştirak edərək, ona ünvanlanan sualları cavablandıra bilər.

AMEA İqtisadiyyat İnstitutunun elmi işçisi Mirvari Qəzənfərli deyib ki, sorğu Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilir və bu zaman  məcburi köçkünlər tərəfindən səslənən fikirlər böyük önəm daşıyır.

Artıq bir neçə gündür prosesin 2-ci mərhələsinə başlanıb. Bu mərhələdə 1100 məcburi köçkün ailəsi ilə müsahibə formasında sorğu aparılır. Aidiyyatı nümayəndə bir-bir həmin ailələrə gedir, onların təklif və fikirlərini dinləyir.

Qeyd edək ki, prosesin 3-cü mərhələsində  sorğu sahibkarlar arasında aparılacaq. Onların  işğaldan azad olunmuş torpaqlar ilə bağlı fikirləri dinlənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti