Xəzər Xəbər

Buraxılış və qəbul imtahanları nə vaxt keçiriləcək? video

Veb TV | 21:11 • 13 Mart 2021
Buraxılış və qəbul imtahanları nə vaxt keçiriləcək?

Buraxılış və qəbul imtahanlarının keçiriləcəyi tarixlər ilə bağlı yayılan məlumatlar yanlışdır. 

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bu kimi informasiyalar abituriyentlər arasında çaşqınlıq yaradır.

DİM rəsmisi qeyd edib ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra elan olunacaq.

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarının izlənməsi  tövsiyə olunur. Yeniliklər isə dim.gov.az saytında yerləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti