Xəzər Xəbər

Şəhid Vüsal Rüstəmovun qəhrəmanlıq hekayəsi VİDEO

Veb TV | 20:56 • 12 Mart 2021
Şəhid Vüsal Rüstəmovun qəhrəmanlıq hekayəsi

Vətən müharibəsinin iştirakçisi olmuş daha bir igidin bu gün doğum günüdür.  Vüsal Rüstəmov yaşasaydı 28 yaşını qeyd edəcəkdi. Lakin o 6 aylıq ikən didərgin düşdüyü yurdunun qisasını alarkən şəhid oldu. Şəhidimizi hörmətlə anır. Ailəsinin xatirələrini  təqdim edirik. 

Cəbrayıldan 6 aylıq ikən çıxdı, 27 il sonra torpaqların işğaldan azad olunmasında yaxından iştirak etdi. Uzun illər həsrətini çəkdiyi Cəbrayıl rayonuna qovuşdu. 

O, Vətən müharibəsinin igidlərindən olan Vüsal Rüstəmovdur. Ailəsinə və yaxınlarına söz vermişdi bir vaxtlar didərgin düşdüyü torpaqları yenidən geri qaytaracağına. Sözünü tutdu. Həm də arzusunda olduğu şəhidlik zirvəsinə ucalaraq.

Vətən müharibəsinin ilk günündən etibarən döyüşlərə qatılır Vüsal. Müharibəyə gedəcəyini atasına desə də, anası xəstə olduğu üçün ondan gizlədir. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda qəhrəmancasına döyüşür. Lakin noyabrın 7-də Şuşa uğrunda gedən döyüşdə şəhid olur. 

Hər valideynin olduğu kimi Vüsalın anasının da tək arzusu oğlunun toyunu görmək idi. Hətta bununla bağlı hazırlıq da görmüşdü.

Bu gün eyni zamanda şəhidimizin doğum günüdür. Övladları ilə fəxr edən valideynlər ilk dəfədir ki, evlərinin sonbeşiyinin ad gününü onsuz keçirirlər.

Vüsal qonum-qonşuya qarşı da olduqca mehriban və xeyirxah idi. Onlar Vüsalın xatirəsini əbədiləşdirmək üçün ailə üzvlərinin yardımı ilə onun adını daşıyan bulaq tikiblər. 

Vüsal Rüstəmov göstərdiyi şücaətinə görə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Xəbər lenti