Xəzər Xəbər

Məktəbli qızlar niyə intihar edib? - Valideynləri danışdı VİDEO

Veb TV | 21:33 • 10 Mart 2021
Məktəbli qızlar niyə intihar edib? - Valideynləri danışdı

Gündəmdə olan məsələlərdən biri  rəfiqəlik edən  məktəbli qızların intiharıdır . İntihar arzulara gələcəyə depresiv yanaşma və qəsddir.  Bəs yeni həyata addımlamaq astanasında olan  bu yeniyetmələrin  ölümü seçməyinə   səbəb nədir ?  Və ya onlar həqiqətənmi bunu seçiblər ? Hərhalda versiya çoxdur.  Bu gün əməkdaşımız Şəhla Poladova  hər iki ailə ilə görüşüb. Qızlardan birinin sinif rəhbəri ilə söhbət də  edib. Qızlar barədə deyilən fikirlər intihar ehtimalından çox uzaqdır. Biz müşahidələrimizi təqdim edirik. İstintaq isə davam edir. 

Söhbət  bütün ölkə ictimaiyyətinin narahatlığına səbəb olan, ötən gün baş verən intihar hadisəsindən gedir. 16 yaşlı  Mətanət Quliyeva və 17 yaşlı Əfruz Səmədova hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar. 

Maraqlısı odur ki, qızlardan heç biri hadisənin baş verdiyi ünvanda yaşamayıblar. 

İki şagirddən biri- Mətanət Quliyevanın atası Elşən Quliyev isə intihar versiyasi ilə razılaşmır. O, deyir ki, qızı və onun rəfiqəsi Əfruz binanın damına şəkil çəkdirmək üçün çıxıblarmış.

Mətanət Quliyevanın atası bildirib ki, ailədə heç bir problem olmayıb. Qızı evdən çıxarkən deyib-gülüb və hazırlığa gedib. Dərslərini yaxşı oxuyan Mətanət  birinci ixtisas qrupuna  hazırlaşırmış.

Qızlardan Əfruz Səmədovanın qonşusu deyir ki, o evin tək usagı idi.  Əfruz istedadlı və dərslərini yaxşı oxuyan bir qız olub.

Qızlar  Qobu qəsəbəsində yaşayıblar və həmin qəsəbənin məktəbində təhsil alıblar.

Sinif rəhbəri Səmayə Hüseynova onların sonuncu dəfə ötən həftənin 5-ci günü dərslərdə iştirak etdiyini bildirib. Deyib ki, hər ikisi yaxşı oxuyan şagirdlərdən idi. Əfruzun  rəssamlığa meyli vardı, çox gözəl rəsmlər çəkirdi. Mətanət də 4-5 qiymətlərlə oxuyurdu. Sinif yoldaşı olan qızlar dəsrsdən sonra  Lökbatan qəsəbəsinə hazırlığa gedirmişlər .

Artıq iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir. İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.

 

 

Xəbər lenti