Xəzər Xəbər

Sumqayıtda avtobus qatarla toqquşdu: ölən var VİDEO

Veb TV | 21:12 • 10 Mart 2021
Sumqayıtda avtobus qatarla toqquşdu: ölən var

Sumqayıtda qatarla sərnişin avtobusu toqquşub. Nəticədə qatar tərtibatçısı Murtuz Abdullayev iki nəqliyyat vaistəsinin arasında qalaraq dünyasını dəyişib. Məlumata görə ,  avtobusu idarə edən  sürücü qəsəbə ərazisində qorunmayan dəmiryol keçidindən keçərkən  ehtiyatsızlıq edib. Toqquşma  bu səbəbdən baş verib.

Yük qatarı dəmir yolu xəttini keçmək istəyən sərnişin avtobusu ilə toqquşub. Hadisə Sumqayıtda, şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Bildirilir ki, qəsəbə ərazisində qorunmayan dəmiryol keçidindən keçərkən avtobusun sürücüsü ehtiyatsızlıq edib.Nəticədə toqquşma olub.

Qəza yerinə aidiyyatı qurumların nümayəndələri cəlb olunub. "Azərbaycan Dəmir Yolları" QSC-i hadisə ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, təqribən 2 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Abdullayev dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Qatar növbəti stansiyaya göndərilib. Sərnişin avtobusu isə duracağa aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti