Xəzər Xəbər

Hava şəraiti kəskin dəyişəcək: xəbərdarlıq edildi VİDEO

Sabahdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Veb TV | 22:01 • 10 Mart 2021
Hava şəraiti kəskin dəyişəcək: xəbərdarlıq edildi

Paytaxtda  yenidən qar yağa bilər. Sabah Bakıya və Abşeron yarımadasına yağış yağacağı, martın 12-də isə qara çevriləcəyi ehtimalı var. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda çovğun da gözlənilir. Qeyri-sabit hava şəraiti bölgələrdə  də müşahidə ediləcək.

Sabahdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Bakıya sulu qar və qar yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, güclü küləyin əsəcəyi, çovğun olacağı da gözlənilir

Bölgələrdə də havanın dəyişəcəyi, bəzi yerlərə sulu qar və qar yağacağı gözlənilir.

Qeyri-sabit hava şəraitinin martın 13-ü səhər saatlarına qədər davam edəcək.

 

 

 

Xəbər lenti