Xəzər Xəbər

Milli Məclisdə karantin rejimi məsələsi qaldırıldı VİDEO

Veb TV | 21:40 • 9 Mart 2021
Milli Məclisdə karantin rejimi məsələsi qaldırıldı

Son günlər hər kəsin müzakirə mövzusu olan məsələdən danışacayıq. Görəsən Novruz Bayramı ərəfəsində məhdudiyyətlər tətbiq edilə bilərmi? Məsələ bu gün millət vəkillərinin də gündəmində olub. Parlamentin iclasında deputatlar öz təkliflərini səsləndiriblər. Bildirilib ki, hansısa məhdudiyyət olarsa bu zaman ictimai iaşə obyektlərinin fəaliyyətini dayandırmağa və rayonlara gediş-gəlişin qadağan edilməsinə ehtiyac yoxdur.

Novruz Bayramı ərəfəsində məhdudiyyətlər tətbiq ediləcksə, ictimai iaşə obyektlərinin fəaliyyətini dayandırmağa ehtiyac yoxdur.

Bu təklif Milli Məclisin bu gün keçirilən plenar iclasında verilib. Bildirilib ki, vaxt məhdudiyyəti qoymaqla epidemioloji vəziyyətə nəzarət etmək olar. Millət vəkilləri rayonlara gediş-gəlişin qadağan edilməsini də məqsədəuyğun hesab etməyiblər.

Həmçinin vurğulanıb ki, bəzi sahibkarlar qiymətləri süni şəkildə artırırlar. 

İclasda Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən qurultayından danışılıb.

Sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənib. Məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Qeyd edilib ki, bələdiyyələrin fəaliyyətinin daha səmərəli təşkili üçün qanunvericiliyə dəyişklik nəzərdə tutulub.

İclasda həmçinin, qanunlara dəyişkliklərlə bağlı 8 məsələ müzakirəyə çıxarılıb.

 

Xəbər lenti