Xəzər Xəbər

Şəhid analarını fərqli formada təbrik etdilər VİDEO

Övladlarının şəkilləri və onlar haqqında məlumatların əks edildiyi suvenirlər şəhid analarına təqdim edilib.
Veb TV | 20:37 • 8 Mart 2021
Şəhid analarını fərqli formada təbrik etdilər

Bu ilə qədər analar 8 mart günündə oğullarından hədiyyə alırdılar. İndi həmin oğullar qəhrəman kimi şəhadətə ucalıblar. Amma onları dünyaya gətirən analar qadınlar günündə unudulmadılar. İsmayıllı rayonunda şəhid analarına fərqli hədiyyələr təqdim edilib. Övladlarının şəkilləri və onlar haqqında məlumatların əks edildiyi suvenirlər şəhid analarına təqdim edilib.

Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanlarımızın şəkilləri, onlar haqqında məlumatlar və bayrağımızın rənglərinə boyanmış Azərbaycan xəritəsi.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi qadınlar günündə şəhid analarını fərqli formada təbrik ediblər. Belə ki, hər bir şəhid ailəsi üçün ayrıca suvenirlər hazırlanaraq qəhrəmanlarımızın analarına təqdim edilib.

Şəhid anaları bu hədiyyələri məmnunluqla qəbul ediblər. Hər il oğullarından hədiyyə alan analar, bu il qəhrəman övladları haqqında olan hədiyyələri qəbul ediblər.

Suvenirlərin hazırlanmasına Uşaq və Ailələrə Dəstək Mərkəzində pisxoloji dəstək alan uşaqlar da kömək ediblər. Mənəvi dəyəri yüksək olan hədiyyələrin ərsəyə gəlməsində onların da zəhməti var.

Xəbər lenti