Xəzər Xəbər

8 Martda süpürgəçi qadınları sevindirdilər VİDEO

Bakıda bir qrup gənc gözəl bir təşəbbüs həyata keçirib. O
Veb TV | 20:23 • 8 Mart 2021
8 Martda süpürgəçi qadınları sevindirdilər

Beynəxalq qadınlar günü münasibətilə paytaxt Bakıda bir qrup gənc gözəl bir təşəbbüs həyata keçirib. Onlar paytaxtın küçə və yollarını təmizləyən xanımlara hədiyyələr verməklə onları sevindiriblər.

Qadınlar günündə bir qrup gənc maraqlı təşəbbüslə çıxış edib.. O gənclər ki, xoş niyyəti, gözəl məramı özlərinə hədəf seçiblər. Siz onları hər yerdə görə bilərsiniz. Bəzən bir şəhidimizin ailəsində, bəzən də hansısa qazimizin ziyarətində..Bir sözlə, bu gənclər xeyirxah işlərlə məşğuldular.  

Bu gün isə onlar paytaxtımızın küçə və yollarının təmizlik işlərini görən xanımları təbrik etmək qərarına gəliblər. İndi yuxudan erkən oyanmaq növbəsi onlarındır.

4 ildir ki, bu təşəbbüsü həyata keçirən gənclər deyirlər ki, qadınların həyatımızda olduğu bir gün deyil, hər gün bayramdır. Gəlin biz də onları sevindirməyə, qorumağa öz əməllərimizdən başlayaq. Bayramınız mübarək olsun.  

Xəbər lenti