Xəzər Xəbər

Şəhidin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi VİDEO

Veb TV | 20:05 • 8 Mart 2021
Şəhidin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi

Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, şəhid olan baş leytenant Əlimərdan Quluzadənin 3-cü qız övladı dünyaya gəlib.  Balaca qızcığaz  8 mart günü anası üçün ən böyük hədiyyə olub. Ailə atanın son arzusunu reallaşdıraraq, körpəyə Fatimə adını verib.

Hədiyyələr gətirən kim, balaca mələklə şəkillər çəkdirən kim. Bu gün hamı onu əzizləyir, ondan danışırdı. Günün balaca qəhrəmanından.

Balaca qızcığaz, sanki, atasının şəhidliyindən xəbərdarmış kimi bu əziz gündə anasının qucağını hədiyyəsiz, boş qoymadı. Özü anasının ən gözəl, özəl  hədiyyəsi oldu. Həm də elə bir hədiyyə ki, İlahə ona hər baxanda sevdiyi adamı xatırlayacaq. 

Körpəni qarşılamağa gələnlər arasında bacıları - 2 yaşlı Dərya və 3 yaşlı Dəniz(143), eləcə də atasının komandiri, cəbhə yoldaşları (159) da var idi. Bütün doğmalar qızcığazı bağrına basıb, evlərinə yola saldılar.

Qeyd edək ki, "Yaşat" Fondunun əməkdaşları da balaca Fatimənin yanında olublar (163). Onlar şəhidimizin yeni doğulmuş övladının zəruri xərclərini qarşılayaraq, anaya min manat təqdim ediblər. Bundan başqa  körpənin adına 5 min manatlıq hesab da açılıb(145-146). Xatırladaq ki, baş leytenantımız Əlimərdan Quluzadə (116) Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. O, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Xəbər lenti