Xəzər Xəbər

Şəhid Əkbər Hüseynli Vətən müharibəsində böyük şücaət göstərib - O, 3 medalla təltif edilib video

Veb TV | 19:42 • 7 Mart 2021
Şəhid Əkbər Hüseynli Vətən müharibəsində böyük şücaət göstərib - O, 3 medalla təltif edilib

Kollecdə oxuyarkən təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollandı.Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucaldı...

Xezerxeber.az-ın məlumatına görə, söhbət ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Əkbər Hüseynlidən gedir.

O, 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. Uşaqlıq illərini dogma kəndlərində keçirən Əkbər vətənpərvər ruhda böyüyüb. O, 2019-cu ildə üçüncü kursda təhsil alarkən könüllü olaraq hərbi xidmətə gedib. Əkbər Hüseynli Murovdağ istiqamətində xidmət aparıb.

Qəhrəman döyüşçümüz ilk günlərdən Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmsında rəşadətlə döyüşən Əkbər oktyabrın 4-ü ağır yaralanıb. Yaralandığını ailəsindən gizlədən qəhrəman tam sağalmamış yenidən döyüşlərə qatılıb.

Əkbər Hüseynli oktyabrın 10-da Suqovuşan uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, bir müddət itkin kimi bilinsə də, sonradan şəhid olduğu məlum olub.

Əkbər  Hüseynli ölümündən sonra  '' Vətən uğrunda'', ''Suqovuşanın azad olunmasına görə'' və ''Ağdamın azad olunmasına görə '' medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar