Xəzər Xəbər

Yolda köməksiz qalmış iki nəfər xilas edilib video

Veb TV | 14:53 • 7 Mart 2021
Yolda köməksiz qalmış iki nəfər xilas edilib

Martın 7-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.

Xəbər lenti