Xəzər Xəbər

Gəncədə sayğac oğrusu saxlanıldı VİDEO

Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Veb TV | 19:37 • 6 Mart 2021
Gəncədə sayğac oğrusu saxlanıldı

Biri mənzillərdən su sayğacları oğurlayıb, digəri  isə mağazanı yarıb. Hadisələrdən biri Gəncədə, o biri Sumqayıtda baş verib. Hər iki faktla bağlı araşdırma aparılır.

Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalar zamanı şübhəli şəxsin şəhərin müxtəlif ərazilərində quraşdırılmış, lakin vətəndaşların istifadəsinə verilməyən mexaniki su sayğaclarını oğurlayaraq metal qəbulu məntəqələrinə satdığı məlum olub. Ümumilikdə həmin şəxsin vurduğu ziyanın həcmi 4750 manatdan çox olub.

İlkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edən Arzu İbrahimov oğurladığı mexaniki su sayğaclarının dəqiq sayını bilmədiyini deyib.

Sumqayıtda isə bir müddət öncə evindən oğurluq olan şəxsin bu dəfə mağazasını yarıblar. Hadisə şəhərin Corat qəsəbəsində baş verib. Qəsəbənin Əlislam Əliyev küçəsində Yeganə Əhmədova məxsus evə bitişik olan mağazadan oğurluq olub. Naməlum şəxs gecə saatlarında mağazanın dəmir qapısını linglə açaraq içəri daxil olub və mağazada olan pul kisəsindən 335 manat pulu, enerji içkilərini və siqaretləri götürərək aradan çıxıb. Ev sahibi Yeganə Əhmədova bildirib ki, o, səsə oyanıb və bir nəfər şəxsin qaçaraq uzaqlaşdığını görüb. Ümumilikdə Yeganə Əhmədovaya 500 manatdan çox ziyan dəyib. Hadisə barəsində polisə məlumat verilib.

Qeyd edək ki, bu, artıq son iki həftədə Corat qəsəbəsində 4-cü mağaza oğurluğudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti