Xəzər Xəbər

Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur VİDEO

İmtahan mərhələsi sabah yekunlaşacaq.
Veb TV | 20:36 • 6 Mart 2021
Azərbaycanda 623 məktəbdə direktor yeri boşdur

Direktorların işə qəbulu üzrə test imtahanları başlayıb. Direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək. Dövlət ümumtəhsil müəssisələrinə 623 vakant direktor vəzifəsi elan edilib.

Azərbaycandakı  məktəblərin 10%-dən çoxunda direktor yeri boşdur. Ölkədəki 4500-ə yaxın məktəbin 600-dən çoxunda direktor axtarılır...

Bunu  Direktor vəzifəsinə işə qəbul üzrə keçirilən müsabiqənin test mərhələsində Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin məsləhətçisi  Tükəzaban Quliyeva bildirib. O bildirib ki, direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

İmtahan Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində aparılır.

İmtahan mərhələsi sabah yekunlaşacaq.

Xəbər lenti