Xəzər Xəbər

16 yaşlı qardaşını amansızlıqla öldürdü VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.
Veb TV | 11:33 • 6 Mart 2021
16 yaşlı qardaşını amansızlıqla öldürdü

Türkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.

Demirören xəbər agentliyi xəbər verir ki, şəhərin mərkəzindəki Çankaya rayonunda Yıldırım Beyazit Universitetinin tələbəsi olan 20 yaşlı M.K özündən 4 yaş kiçik olan qardaşı K.K-nı amansızlıqla öldürüb. Vaideynlərinin evdə olmadığı vaxt dalaşan qardaşların münaqişəsi daha da kəskinləşib və M.K kiçik qardaşına 11 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

M.K könüllü şəkildə polisə təslim olub.

İlkin araşdırmalar zamanı M.K-nın 16 yaşlı qardaşını zibili atmaq üstündə yaranmış münaqişəyə görə öldürdüyü müəyyənləşib./publika.az

Xəbər lenti