Xəzər Xəbər

Bakıda tanker-muzey fəaliyyətə başlayır video

Veb TV | 22:42 • 5 Mart 2021
Bakıda tanker-muzey fəaliyyətə başlayır

Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır. 

Xezerxeber.az-ın məlumatına görə, “Suraxanı” gəmi-muzeyi yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bir zamanlar Xəzərdə üzən “Suraxanı” gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123,5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmidən biridir. Elə buna görə də Bakıda fəaliyyətə başlayacaq tanker gəminin muzey hissəsini məhz "Suraxanı" təşkil edəcək.  

Qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti