Xəzər Xəbər

Zəngəzur dəhlizi regionun nəqliyyat sektoruna böyük töhfə olacaq video

Veb TV | 23:05 • 5 Mart 2021
Zəngəzur dəhlizi regionun nəqliyyat sektoruna böyük töhfə olacaq

Mərkəzi Asiya dövlətləri, Əfqanıstan və Pakistan, eləcə də digər ölkələr Zəngəzur dəhlizindən yararlana bilərlər. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Naxçıvan Muxtar Respublikası ilə Türkiyəni birləşdirəcək sözügedən dəhliz regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imkanlardan isə bir sıra dövlətlər yararlana bilərlər.

Politoloq Zaur Məmmədov hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir.

Azərbaycan torpaqlarını işğaldan azad etməklə yeni beynəlxaq nəqliyyat dəhizlərinin açılmasına da şərait yaradıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Həmçinin nəqliyyat dəhlizlərinin regional inkişafına maliyə dəstəyi göstərir.

Zaur Məmmədov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanla yanaşı, region ölkələrinin iqtisadiyyatında geniş imkanlar yaradacaq.Bu da həmin ölkələrin daha da inkişaf etməsinə kömək olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti