Xəzər Xəbər

İsrailli qadın vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını qazimizə bağışlayıb video

Veb TV | 21:10 • 5 Mart 2021
İsrailli qadın vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını qazimizə bağışlayıb

İsrailli həkim Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünü əməliyyat edərək görmə qabiliyyətini bərpa edib.

Xezerxeber.az-ın məlumatına görə, dünyasını dəyişən İsrail vətəndaşının gözündən götürülən buynuz qişa Vətən müharibəsində yaralanan qazimizə köçürülüb.  

İsrailli bir qadın 55 yaşında rəhmətə gedən  həyat yoldaşının gözünün buynuz qişasını bir neçə gün öncə "YAŞAT" Fondunun dəstəyi ilə ölkəmizə gələn israilli həkimlərlə Azərbaycana göndərib. Həmin buynuz qişa Vətən müharibəsində qolu ilə yanaşı gözündən də ağır yaralanan qazimiz Arif Hacıyevin gözlərinə nur gətirib.

Arifin son əməliyyatı iki gün öncə elə israilli həkim tərəfindən reallaşdırılıb.

Qeyd edək ki, Arif Hacıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə Vətən müharibəsinə yollanıb. Füzuli, Yuxarı Abdurrəhmanlı istiqamətində  gedən döyüşlərdə düşmənin minaatandan açdığı atəş nəticəsində qolu və gözündən ağır yaralanıb. Hazırda qazimizin sol qoluna "ilizarov" aparatı taxılıb və müalicəsi davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti