Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi üçün bütün hüquqi addımlar atılacaq video

Veb TV | 48 | 19:52 • 5 Mart 2021
Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi üçün bütün hüquqi addımlar atılacaq

''Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın ödənilməsi üçün vəkillərimiz üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən gəlməyə tam qadirdirlər''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan vəkilləri həm yerli, həm də beynəlxalq səviyyədə ən çətin işləri reallaşdırmaq gücündədirlər.

Anar Bağırov vəkil adından istifadə etməklə bəzi hallarda vətəndaşları aldadan şəxslərin olduğunu bildirib. O qeyd edib ki, bir sıra vətəndaşlar vəkil olmayan şəxslərə müraciət edir və bəzən aldanırlar. Bununla bağlı son dövrlər kollegiyaya vətəndaşlar tərəfindən şikayətlər daxil olub. Sözügedən müraciətlər aidiyyatı qurumlara yönləndirilib. Kollegiya sədri vətəndaşları bu məsələdə diqqətli olmağa səsləyib.

Anar Bağırov bölgələrdə vəkillərin sayının az olmasından da danışıb. Qeyd edib ki, Avropa standartlarına əsasən hər min nəfərə 1 vəkil düşür. Hazırda paytaxt Bakıda hər 2-3 min nəfərə bir vəkil düşsə də, regionlarda bu göstərici aşağıdır.

Bu arada, bu gün Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib.280 namizədin iştirak etdiyi imtahan Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektron qaydada həyata keçirilib. Namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilən 100 test təqdim olunub. 60 mümkün balı toplayan namizədlər imtahanın növbəti - şifahi mərhələsinə keçə biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar