Xəzər Xəbər

8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində VİDEO

Əhaliyə yaxında olan ən yüksək yerlərə çıxması barədə çağırış edilib.
Veb TV | 10:42 • 5 Mart 2021
8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində

Yeni Zelandiyada baş verən rixter cədvəli üzrə 7,3 və 7,4 bal gücündəki zəlzələdən sonra növbəti güclü yeraltı təkan qeydə alınıb.

Episentri Kermadec adası sahillərində yerləşən yeraltı təkanların gücü 8,1 bal olub. Bəzi mənbələrdə isə 8 və 8,3 bal gücündə göstərilir. Tələfat barədə hələki məlumat olmasa da, ciddi dağıntıların olduğu deyilir.

 Zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Yerli dairələr sakinlərə sahilyanı ərazilərdən uzaqlaşmağı tövsiyyə edib. 

Əhaliyə yaxında olan ən yüksək yerlərə çıxması barədə çağırış edilib./Metbuat.az

Xəbər lenti