Xəzər Xəbər

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - Əli Qəmbərovun ad günüdür VİDEO

Veb TV | 20:13 • 4 Mart 2021
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - Əli Qəmbərovun ad günüdür

Düşmənin səngərini yarmışıq, qurban kəsin. Vətən müharibəsinin ilk günlərində ailəsinə şad xəbəri məhz belə vermişdi. 19 yaşlı Əli Qəmbərovdan danışacayıq. Qəhrəmancasına döyüşərək şəhid olan Cəlilabad sakininin bu gün doğum günüdür.

Onsuz keçirdikləri ilk ad günüdür.

Sonuncu dəfə  birgə qeyd etmişdilər. Gülə-gülə anasına baxan Əli 19 yaşımı mənsiz qeyd edəcəksiz demişdi. Elə dediyi kimi də oldu, bu gün doğmaları onsuz keçirirlər doğum gününü. Ötən il oturduğu oturacaq indi boş qalıb, hər kəsin gözü isə onu axtarır.

Əli ilə son görüşünü xatırlayarkən göz yaşlarını saxlaya bilməyən  anası  Zəhra Abidinova deyir ki, sentyabrın 23-də yanına getmişdik. dedi, güldü, danışdı. 4 gün sonra isə Vətən müharibəsi başlayanda hamıdan əvəl irəli atılıb gənc qəhrəmanımız.

Əli Qəmbərov   2002-ci il martın 4-də Cəlilabadın Uzuntəpə kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanan Əli əvvəlcə Göranboy, sonra isə Füzuli rayonunda xidmətdə olub. İkinci Qarabağ müharibəsinə də elə ilk gündən Füzuli istiqamətindən qatılıb. Qardaşı Zahir Qənbərov deyir ki, Əli  zəng edib dedi ki, keçilməz bir səngərin alınması üçün qurban boyun almışam. Səngəri aldıq, qurbanı kəsin!

Əli  Qənbərov Oktyabrın 6-da Xocavənd-Füzuli istiqamətində gedən ağır döyüşlərdə cəsarətlə döyüşərək qəhramancasına şəhid olub. Ölümündən sonra ''Xocavəndin azad olunmasına görə''  və ''vətən uğrunda '' medalları ilə təltif edilib.

 

Xəbər lenti