Xəzər Xəbər

Bakıda iki piyada keçidi tikilir video

Veb TV | 19:30 • 3 Mart 2021
Bakıda iki piyada keçidi tikilir

Paytaxtın Ziya Bünyadov prospektində ən uzun yerüstü piyada keçidlərindən biri  tikilir. Burada piyadaların rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, piyada keçidində artıq bir çox işlər görülüb.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, piyada keçidinin tikilməsinə səbəb yaxınlıqda bir sıra sosial və ticarət obyektlərinin tikilməsi, eləcə də yaşayış evlərinin olmasıdır.

Daha bir yerüstü piyada keçidi isə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində inşa edilir.

Keçidlərin ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il ərzində paytaxt ərazisində 9 yerüstü və yeraltı piyada keçidləri tikilərək vətəndaşların istifadəsinə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti