Xəzər Xəbər

Bakıda və Sumqayıtda ödəmə terminalları qarət edilib, tutulanlar var video

Veb TV | 22:01 • 3 Mart 2021
Bakıda və Sumqayıtda ödəmə terminalları qarət edilib, tutulanlar var

Marketdən ödəmə terminalını oğurlayan şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

İçərisində 3953 manat pul olan ödəmə terminalının naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olan kimi əməliyyatçılar cinayəti törədən şəxslərin axtarışlarına başlayıblar.

Qısa zamanda terminalı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər- Məmməd Kazımov və Emil Həmzəyev saxlanıblar. Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa Məhəmməd Kazımovun idarə etdiyi avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanını dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar.

Bu şəxslərlə bağlı araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları da məlum olub.

Faktla bağlı Məmməd Kazımov və Emil Həmzəyev barəsində cinayət işi başlanıb.

Sumqayıt şəhərində də oğurluq faktı qeydə alınıb. Hadisə şəhərin Corat qəsəbəsinin "Sülh" küçəsində yerləşən marketlərin birində baş verib. Ötən gecə Pənah Yaqubova məxsus mağazanın bağlı olduğu vaxtda naməlum şəxs və ya şəxslər qapının dəmir barmaqlıqlarını kəsərək içəri daxil olublar. Obyekt sahibi bildirib ki, səhər mağazaya gəldikdə açıq olduğunu görüb. Pənah Yaqubovun sözlərinə görə, oğrular mağazada olan ərzaq məhsullarına və digər əşyalara dəyməyiblər. Onlar mağazanın içərisində olan ödəmə terminalını sındıraraq pul kassasını oğurlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti