Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir video

Veb TV | 130 | 20:37 • 3 Mart 2021
Dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir

Bakıda dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin demək olar ki, bir çox ərazisində, eləcə də yol kənarlarında bu cür hallara rast gəlmək mümkündür.

Xüsusən də daha çox nəzarət kamerası olmayan ərazilərdə. Müşahidələr göstərir ki, bir çox sürücü dayanma və durma qaydasının nə olduğunu bilmir. Bilənlər də kobud qayda pozuntusuna yol verirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var.  Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə bu halda dayanmaya icazə verilir.

Dayanma və durma ilə bağlı ən böyük problem hazırda durmaya müddətin verilməməsidir.

Ekspert deyir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox oludqda isə durma sayılırdı. Ərşad Hüseynov bildirir ki, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar.

Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqa və durduqa cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunanlar

Bu gün hava necə olacaq?
86 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
303 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021