Xəzər Xəbər

Sulutəpə dairəsində inşa edilən yol qovşağı tamamlanır video

Veb TV | 19:43 • 2 Mart 2021
Sulutəpə dairəsində inşa edilən yol qovşağı tamamlanır

Tez-tez nəqliyyat sıxlığının yaşandığı ərazidə inşa edilən yol qovşağında son tamamlanma işləri görülür.

Xezerxeber.az-ın məlumatına görə, söhbət xüsusən də günün pik saatlarında saatlarla tıxacların müşahidə edildiyi Sulutəpə dairəsindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, inşa edilən yeni qovşaq 2 yol ötürücüsündən ibarətdir.

Layihə əsasında piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulub. Bu istiqamətdə görülən işlər yekunlaşıb.

Hazırda Sulutəpə və Xocəsən dairələri arasında olan hissədə yolların təmiri, həmçinin qovşaq üzərində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün nişanlanma və xətləmə işləri aparılır. Yolun bir neçə günə tam olaraq istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti