Xəzər Xəbər

Bakıda avtomobilləri qarət edən şəxslər saxlanıblar video

Veb TV | 19:31 • 2 Mart 2021
Bakıda avtomobilləri qarət edən şəxslər saxlanıblar

Bakıda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanan velosipedləri oğurlayan şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəlcə Məhərrəm Kazımov tutulub.

Araşdırma zamanı onun 2 avtomobildən oğurluq etməklə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. Məhərrəm Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsilə lentə alınıb.

Bölmə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı isə analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov saxlanıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.

Saxlanan şəxslər barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti