Xəzər Xəbər

Qorxudan təbiət gözəlliyi - İndoneziyada vulkan 5 km yüksəkliyə kül püskürdü VİDEO

Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Veb TV | 15:52 • 2 Mart 2021
Qorxudan təbiət gözəlliyi - İndoneziyada vulkan 5 km yüksəkliyə kül püskürdü

İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq vulkanı bu gün, təxminən, 5 km yüksəkliyə kül sütunu və tüstü buludları püskürüb.

Bu barədə İndoneziyanın “Kompas” nəşri məlumat yayıb.

Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur, səlahiyyətlilər yerli sakinləri kraterdən 3 km məsafədə qalmağa çağırıblar.

Vulkan son dəfə bu cür aktivliyi 2020-ci ilin avqustunda göstərmiş və yenə 5 km yüksəkliyə kül sütunu püskürmüşdü.

Sinabunq 2 460 m hündürlükdə yerləşən aktiv vulkandır. O, 2010-cu ildə son 400 ildə ilk dəfə kül sütunu püskürüb. 2014-cü ildə Sinabunq vulkanının püskürməsi 16 nəfərin ölümünə səbəb olub. 2016-cı ildə onun aktivliyi nəticəsində 7 sakin ölüb./report

Xəbər lenti